“Yuventus” İngiltərə klubunun futbolçusu üçün danışıqlara başlayıb

“Nyukasl”ın italiyalı yarımmüdafiəçisi Sandro Tonali vətəninə qayıda bilər.

Newsport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

24 yaşlı futbolçu ilə “Yuventus” maraqlanır. Turin klubu artıq Tonali üçün ilkin danışıqlara başlayıb. Müqavilənin dəyəri təxminən 70 milyon avro ola bilər.

İtaliyalı futbolçu Premyer Liqanın cari mövsümündə 30 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “sağsağanlar”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonunda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right