"Milan"ın sabiq futbolçusu 31 yaşında karyerasını bitirdi

Andrea Konti 31 yaşında futbolçu karyerasını başa vurub.O, 2017-ci ildə “Atalanta”dan “Milan”a transfer olunmuş və həmin il həm də “San Siro” stadionunda İtaliya millisinin heyətində debüt etmişdi.

Newsport.az xəbər verir ki, ilk mövsümündə – 2017/18 Konti cəmi 2 oyun keçirə bilib. Sentyabr ayında çarpaz bağlarının qopması ilə ciddi zədə aldı, 2018-ci ilin yazında isə bu zədə təkrarlandı.

2017–2022-ci illər aralığında Konti “Milan” forması ilə 52 oyun keçirib və 1 qol vurub. Karyerasının son mövsümünü azad agent statusunda keçirdikdən sonra, tez-tez təkrarlanan zədələr səbəbilə futboldan getmək qərarını verib.

Konti A Seriyasında həmçinin “Parma” və “Sampdoria” komandalarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right