"Traktor" çempionluğa bir addım da yaxınlaşdı

Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bu gün lider "Traktor" doğma meydanda "Malavan"ı qəbul edib. Qarşılaşma Təbriz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 58-ə yüksəldən "Traktor" liderliyini davam etdirir. "Qırmızı Qurdlar" rəqiblərindən 1 oyun az keçirib.

Qeyd edək ki, İran çempionatında mövsümün bitməsinə 3 tur qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right