Almaniya Bundesliqasında mart ayının ən yaxşı futbolçusu açıqlanıb.
Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ayın ən yaxşısı adına Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbek layiq görülüb.
Mükafat uğrunda mübarizədə o, Niko Nadim Amiri, Maykl Oliseh, Xavi Simmons, Robin Haque və Nordi Mukieleni geridə qoyub.
25 yaşlı futbolçu mart ayında 4 oyun keçirib və 2 məhsuldar ötürmə verib.