"Ayntraxt"ın hücumçusu Uqo Ekitikeyə İngiltərədən daha bir müştəri çıxıb.
Newsport.az xəbər verir ki, fransalı futbolçu "Tottenhem"dən sonra "Liverpul"un da "radar"ına düşüb. Bu barədə "CaughtOffside" məlumat yayıb.
Premyer Liqa klubu Ekitikeni yayda transfer etməyi düşünür. "Liverpul" 22 yaşlı forvardın klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Uqo Ekitike bu mövsüm "Ayntraxt"ın heyətində meydana çıxdığı 43 oyunda 21 qol vurub, 9 məhsuldar ötürmə edib. Onun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.