Uolker Mançesterə qayıtmaq istəmir

Kayl Uolker “Milan”da qalmaq istəyir. Təcrübəli sağ cinah müdafiəçisi İtaliyadakı həyatından məmnundur və İngiltərəyə dönməyə tələsmir.

Newsport.az xəbər verir ki, “Mançester Siti”dən 6 aylıq icarəyə götürülən 34 yaşlı oyunçu yayda 8 il oynadığı komandaya qayıtmalıdır. Amma o, özünü rahat hiss etdiyi A Seriyasında çıxışa davam etmək niyyətindədir. Bu səbəbdən mançesterlilərlə qalan bir illik müqaviləsini ləğv etməyə çalışır.

İngilis klubu Uolkerin birdəfəlik satışı üçün 5 milyon avro tələb edir. Amma milanlılar daha az məbləğə bu problemi yooluna qoymağa ümidlidir. Kayl klubu ilə danışaraq onları razı salmağa cəhd edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right