Şenol Güneşi ikiüzlü adlandırdı: "Sanki bir aktyor idi"

"Beşiktaş"ın sabiq futbolçusu Romen Sais onun dövründə baş məşqçi olmuş Şenol Güneş haqda danışıb.

Newsport.az xəbər verir ki, Mərakeş millisinin üzvü DÇ-2022 zamanı baş verənlərə toxunub. 35 yaşlı mərkəz müdafiəçisi türk məşqçini ikiüzlü adlandırıb:

"Şenol Güneş dünya çempionatında zədəli halda oynadığıma görə mətbuatın qarşısında dəfələrlə məni tənqid edib. Turnirdən qayıtdıqdan sonra üz-üzə görüşdük. Sanki bir aktyor idi. Mənə "kameraların qarşısında klubu müdafiə etməyə məcbur idim, sənin yerində olsam mən də eynisini edərdim" dedi. Həmin an çox təəccübləndim. Bu ikiüzlü davranış məni çox məyus etdi".

Qeyd edək ki, Romen Sais 2022/2023 mövsümündə "Beşiktaş"ın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right