Messi: "Qvardiola futbolu dəyişdi, hamı "Barselona"nı kopyalamaq istəyirdi"

"Qızıl top"un 8 qat sahibi Lionel Messi "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın işindən danışıb.

Newsport.az xəbər verir ki, argentinalı “Barselona”da rəhbərliyi altında çalışdığı Qvardiola haqda bunları deyib:

"Qvardiola başqa bir dünyadır, o, heç kimin görmədiyini görür. O, futbolu dəyişdi. Hamı bizi kopyalamaq istəyirdi. Əslində, bununla o, istəmədən oyuna ziyan da vururdu. İnsanlar bunu necə edəcəyini anlamadan "Barselona" kimi oynamağa çalışırdılar. Yarımmüdafiədə Xavi, Andres İnyesta və Serxio Busketsdən ibarət xüsusi komandamız, məşqçi və oyunçuların mükəmməl kombinasiyası var idi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right