"Leypziq"in hücumçusu Benjamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Newsport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted", "Çelsi" və "Arsenal" sloveniyalı futbolçunu transfer etmək istəyir.
"Leypziq"in Şeşko üçün tələb etdiyi təzminatın məbləği bəlli olub. Almaniya klubu 21 yaşlı forvarda 100 milyon avro qiymət verib.
Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib. Sloveniya millisinin üzvü olan gənc oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 40 matçda 19 qol vurub, 6 məhsuldar ötürmə edib.