Şarunas Yasikyaviçus Avroliqanın mükafatına layiq görülüb.
“Fənərbağça”nın çalışdırıcısı Avroliqada 2024/25 mövsümünün ən yaxşı məşqçisi adına verilən Aleksandr Qomelski mükafatını alıb.
Komandanın əsas oyunçularının zədələrinə baxmayaraq, onun rəhbərlik etdiyi komanda 34 oyunun 23-də qalib gəlməklə mövsümü ikinci yerdə tamamlayıb.
Maraqlıdır ki, Şarunas oyunçu kimi turnirin 4 dəfə qalibi olub. O, 2003, 2004, 2005 və 2009-cu illərin çempionudur.
49 yaşlı litvalı mütəxəssis “Olimpiakos”la müntəzəm çempionatda qalib gələn Georgios Bartzokası qabaqlayıb.