“Volfsburq”un qapıçısı Pavao Pervan klubda qalıb.
Newsport.az xəbər verir ki, 37 yaşlı qapıçının müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər artırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Halbuki Pervanın “Bavariya”ya keçəcəyi gündəmdə idi.
Lakin o, “Volfsburq”dan ayrılmayıb. Avstriyalı qolkiper 2018-ci ilin iyul ayında LASK klubundan hazırkı komandasına keçmişdi.
Avstriya millisinin qapıçısı “Volfsburq”un heyətində 7 il ərzində cəmi 34 matça çıxıb.