Subaşiçin komandası doğma meydanda məğlubiyyətlə üzləşdi

Serbiya Super Liqasında 19-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Çukariçki" ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətdə meydana çıxan Branimir bu matçın 60-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, "OFK Belqrad" hazırda 18 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right