"Bavariya”nın hücumçusu Harri Keyn Çempionlar Liqasının 1/4 finalında “İnter”ə məğlub olaraq (ilk oyun - 1:2, cavab matçı - 2:2) mübarizəni dayandırmaqları haqda danışıb.
Newsport.az xəbər verir ki, 31 yaşlı hücumçu artıq Bundesliqaya köklənəcəklərini deyib:
"Səbəblər çoxdur. Təbii ki, qalib gəlmək üçün lazım olan hər şeyi etmək və meydandan məğlub ayrılmaq çətindir. Hər iki matçda daha çox qol vurmaq üçün kifayət qədər şanslarımız oldu. Sonda qələbəyə çox yaxın idik, amma belə oyunlarda şans da vacibdir. Şans rəqibin tərəfində idi.
Çempionlar Liqasında çoxlu oyunları olan, uzun bir mövsüm keçirdik. Lakin rəqabət baxımından getdikcə yaxşılaşdığımızı hiss edirdim. Hər iki matçın nəticələrinə nəzər salsaq, əminliklə deyə bilərik ki, dünyanın istənilən komandasına qalib gələ bilərik. Amma bu futboldur və məğlubiyyətin mövsümü məhv etməsinə imkan verməməliyik. "izim Bundesliqa çempionluğunu qaytarmaq şansımız var".
Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqanın turnir cədvəlində 69 xalla liderdir. Münhen təmsilçisi ən yaxın izləyicisini - son çempion "Bayer"i 6 xal qabaqlayır.