Ronaldonun rekordu qırıldı

"Real"ın futbolçusu Vinisius Junior yeni rekorda imza atıb.

Newsport.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab oyununda (1:2) qol vuran hücumçu "Real"ın tarixinə ən məhsuldar braziliyalı kimi düşüb.

O, Madrid klubunda bütün turnirlərdə 105-ci qolunu vurub. Vinisius bununla da 104 qol vuran həmyerlisi Ronaldonun rekordunu yeniləyib.

Qeyd edək ki, 2018-ci ildən "Real"da çıxış edən 24 yaşlı futboloçu bu mövsüm ümumilikdə 45 oyuna 20 qol vurub, 14 qol ötürməsi edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right