“Real” “Arsenal”a uduzaraq Çempionlar Liqasından kənarlaşdırıldı. İlk oyunda 0:3 hesabı ilə yenilən madridlilər, evdə də uduzdu – 1:2.
Newsport.az xəbər verir ki, bu nəticələr komanda daxilində narazılıq olduğunu da üzə çıxartdı. oyunun əvvəlində penalti dəf edərək komandasına ümid verən Tibo Kurtuanın açıqlamalarından aydın olur ki, belçikalı qapıçı hücumdakı oyundan məmnun deyil: “Çox hücumlar etdik, amma Xoselu kimi oyunçumuz yox idi. Bəlkə də başqa variantları sınamalıydıq. Özümüzə tənqidi yanaşmaq lazımdır. Bəzən komanda olaraq daha çox oynamaq lazımdır”.
Xatırladaq ki, Xoselu ötən mövsümün sonunda “Real”dan ayrılıb. O, komandanın bir çox vacib qollarına imza atmışdı.