Klopp "Real"a görə məşqçiliyə qayıda bilər

Hazırda “Red Bull” korporasiyasında qlobal direktor vəzifəsində çalışan Yurgen Klopp işindən narazıdır.

Newsport.az xəbər verir ki, alman mütəxəssis məşqçiliyə qayıtmaq istəyir. Bu barədə UOL televiziyası məlumat yayıb.

Klopp üçün hazırda iki variant var. Bunlardan biri Braziliya milli komandası, digəri isə "Real"dır. 57 yaşlı mütəxəssis bu iki komanda üçün məşqçiliyə qayıtmağa hazırdır.

Qeyd edək ki, Yurgen Kloppun baş məşqçi kimi son iş yeri "Liverpul" olub. O, bu ilin yanvar ayından "Red Bull"da çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right