"Mançester Siti" 150 milyon avroluq transferə hazırlaşır

"Mançester Siti" mövsümün sonunda ayrılacağını açıqlayan Kevin De Brüyneyə əvəzləyici tapıb.

Newsport.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Bayer"in gənc ulduzu Florian Virtsi transfer etməyin planlarını qurur. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Mançester Siti" alman futbolçu üçün onun klubuna 150 milyon avro təzmina ödəməyə hazırdır. "Şəhərlilər" 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin özünə isə illik 25 milyon avro maaş təklif edəcək. Keçidin yayda reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Bayer" Florian Virtsi 2020-ci ilin yanvar ayında "Köln"ün akademiyasından transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 15 qol və 13 assistlik performans göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right