"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını Almaniyada davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Bavariya" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Bundesliqa nəhəngi Kamavinqanı yayda heyətinə qatmağa çalışacaq. "Bavariya" 22 yaşlı orta xətt oyunçusu üçün İspaniya klubuna 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən transfer edib. Fransa millisinin üzvü olan futbolçu bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 32 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun klbula müqaviləsi 2029-cu ilin iyun ayına kimidir.