UEFA Türkiyədə nümayəndəlik açır

Aprelin 24-də Türkiyənin İstanbul şəhərində əlamətdar hadisə baş verəcək.

Newsport.az xəbər verir ki, qardaş ölkədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nümayəndəliyinin açılışı olacaq. Mərasim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən iştirakı ilə baş tutacaq.

Tədbirə 55 ölkənin futbol federasiyalarının rəhbərləri dəvət olunub. Bir gün əvvəl - aprelin 23-də Çırağan Sarayında qonaqlar üçün VİP qəbul təşkil olunacaq.

İstanbul London və Brüsseldən sonra UEFA-nın mənzil-qərargahına ev sahibliyi edən üçüncü şəhər kimi tarixə düşəcək.

Yerli mətbuatın yaydığı məlumata görə, Türkiyə tezliklə FİFA-nın ofisinə də ev sahibliyi edə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right