"Jalgiris”in yarımmüdafiəçisi Deyvidas Şemberas karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Newsport.az-ın məlumatına görə, 37 yaşlı futbolçu karyerasını bitirdiyini açıqlayıb. Bu barədə onun son klubu "Jalgiris”in rəsmi saytı məlumat yayıb.
Litva milli komandasının üzvü peşəkar karyerasına 1995-ci ildə məhz "Jalgiris”də başlayıb. O, karyerası ərzində "Dinamo”, ÇSKA (hər ikisi Moskva), "Alaniya” kimi klublarda oynayıb. Şemberas Litva millisinin heyətində 82 oyun keçirib.