"Borussiya"nın forvardı Çempionlar Liqasında rekorda imza atdı

"Barselona" 2025-ci ildə ilk məğlubiyyətini yaşayıb.

Newsport.az xəbər verir ki, Kataloniya təmsilçisi Çempionlar Liqasının 1/4 finalının cavab matçında Dortmund "Borussiya"sına uduzub - 1:3.

"Barselona" bütün turnirlər nəzərə alınmaqla 24 oyundan sonra məğlubiyyətə üzülüb. İspaniya klubu bu müddətdə 20 qələbə qazanıb, 4 dəfə heç-heçə edib. Hans-Diter Flikin komandası sonuncu dəfə dekabrın 15-də La Liqanın 17-ci turunda "Leqanes"ə uduzmuşdu - 0:1.

Xatırladaq ki, "Barselona" "Borussiya"ya uduzsa da, ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyindən yarımfinala yüksəlib. Onların bu mərhələdəki rəqibi "İnter" - "Bavariya" (2:1) cütünün qalibi olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right