“Bernabeu”nun öz sehri var” Karlo Ançelotti

“Bizim bu oyunun axarını çevirmək üçün lazım olan səviyyəmiz, təcrübəmiz və azarkeşlərimiz var”. Newsport.az xəbər verir ki, bunu Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti deyib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasının 1/4 finalında bu gün “Arsenal”la cavab oyunu öncəsi fikirlərini açıqlayıb.

Onun sözlərinə görə, komandası psixoloji cəhətdən hazırdı: “Ən yaxşı futbolu nümayiş etdirməyin vaxtıdı. “Bernabeu”nun öz sehri var, hamı bilir ki, burada xüsusi ab-hava var. Bizə hər şeydən bir az ehtiyac olacaq: keyfiyyət, mükəmməl fiziki və komanda oyunu. Heç nə qaçırıla bilməz. Motivasiya var və indi oyunçuların matçdan əvvəl sakit olmalarına ehtiyacımız var. Biz bunun üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Real” Londonda baş tutmuş ilk görüşdə “Arsenal”a 0:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right