"Biz 2025-ci ildə "Barselona"nı məğlub edən ilk komanda olduq. Bu, komandamın performansı haqqında çox şey deyir".
Newsport.az xəbər verir ki, bu sözləri "Borussiya"nın baş məşqçisi Niko Kovaç Çempionlar Liqası 1/4 final mərhələsinin "Barselona" ilə cavab oyunundan sonra deyib.
Dortmund təmsilçisi 3:1 hesabı ilə qalib gəlsə də, iki oyunun nəticəsinə görə (3:5) turnirdə mübarizəni dayandırıb. Kovaç "Barselona"ya qarşı yaxşı oynadıqlarını deyib:
"Belə bir oyun keçirmək bir çox komandanın bu il onlara qarşı bacardığı bir şey deyil. Burada olduğumdan bəri ən yaxşı oyunumuzu oynadıq. Uşaqların bu gün azarkeşlərimizlə birgə göstərdikləri sensasiyalı idi. Bu oyun bizə güc və özünəinam verəcək. Nələr edə biləcəyimizi göstərdik".