İspaniya La Liqasının turunda "Atletiko Madrid” doğma meydanında "Espanyol”u qəbul edib.
Newsport.az-ın məlumatına görə,qarşılaşma "Atletiko”nun 1-0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu oyunun 3-cü dəqiqəsində Antonio Qrizman vurub.
Sözügedən oyunda "Atletiko” ciddi itki ilə üzləşib. Belə ki, Madrid klubunun portuqaliyalı futbolçusu Tiaqo Mendeş zədələnib. Oyunun 33-cü dəqiqəsində Asenxio ilə mübarizədə zədə alan futbolçunun sağ ayağının sındığıbildirilir. İlkin ehtimallara görə, o mövsümün sonunadək yaşıl meydanlardan kənarda qalacaq.