Çempionlar Liqası: "Arsenal" və "İnter" yarımfinalda Yenilənib

Bu gün Çempionlar Liqasında son 2 yarımfinalçının adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsində 2 maraqla gözlənilən görüş keçirilib.

 

 

"Real" ilk matçda 0:3 hesabı ilə uduzduğu "Arsenal"ı "Santyaqo Bernabeu"da qəbul edib. London klubu bu dəfə də üstün olub (2:1) və ümumilikdə 5:1 hesablı qələbə ilə 1/2 finala adlayıb. "Arsenal" yarımfinalda PSJ-yə rəqib olacaq.

"Bavariya" isə "San Siro"da 1 həftə əvvəl məğlub olduğu "İnter"lə qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb və "İnter" növbəti mərhələyə yüksəlib. Milan təmsilçisi yarımfinalda "Barselona" ilə üz-üzə gələcək.

Bugünkü hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

16 aprel

23:00. "Real" (İspaniya) - "Arsenal" (İngiltərə) - 1:2

Qollar: Vinisius, 67 - Saka, 65, Martinelli, 90+3

"Santyaqo Bernabeu"

İlk oyun - 0:3

23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya) - 2:2

Qollar: Martinez, 58, Pavard, 61 - Keyn, 52, Dayer, 76

İlk oyun - 2:1





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right