“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos komandanın Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal” önündə şanslarını dəyərləndirib. Newsport.az xəbər verir ki, almaniyalı sabiq futbolçu “kral klubu”nun cavab qarşılaşmasında geridönüş üçün nə etməli olduğundan danışıb.
O, ilk matçdakı 0:3 hesablı məğlubiyyətə baxmayaraq, Karlo Ançelottinin yetirmələrinin hələ də şansının olduğunu düşünür: “Çempionlar Liqasının 1/4 finalında oynamaq təcrübəsi olmayan “Arsenal”ı Madriddə təşvişə salmaq lazımdır. Hər kəs görsün ki, hələ heç nə bitməyib. Öz təcrübəmdən deyə bilərəm ki, “Real” hesabı bərpa edəndə rəqiblər həmişə hiss edir ki, bu komanda yenə qol vuracaq. Hətta oyunun bitməsinə 5-6 dəqiqə qalsa belə”.
Qeyd edək ki, cavab oyunu sabah Madriddə keçiriləcək.