"Ayntraxt" London klublarından 100 milyon avro tələb edir

"Ayntraxt"ın hücumçusu Uqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Arsenal" və "Tottenhem" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Ayntraxt" futbolçusunu satmağın əleyhinə deyil. Lakin onlar London klublarından 100 milyon avro tələb edir.

Qeyd edək ki, Uqo Ekitike "Ayntraxt"a ötən ilin fevral ayında PSJ-dən keçib. Fransa millisinin üzvü olan 22 yaşlı forvard bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi oyunda 21 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right