"Mançester Yunayted" heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa klubu "Bayer"də çıxış edən Patrik Şiklə maraqlanır.
"Qırmızı şeytanlar" çexiyalı forvardı yayda heyətinə qatmağı planlaşdırır. Almaniya klubunun "Mançester Yunayted"də 25-30 milyon avro tələb edəcəyi bildirilir.
Qeyd edək ki, Patrik Şik bu mövsüm "Bayer"in heyətində meydana çıxdığı 40 rəsmi oyunda 23 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı hücumçunun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyul ayına kimidir.