"Bavariya"nın futbolçusu "Arsenal"a keçə bilər

Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman karyerasını İngittərədə davam etdirə bilər.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, "Arsenal" 28 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.

"Topçular" keçidin mümkünlüyünü öyrənmək üçün Münhen təmsilçisi ilə əlaqə də saxlayıb.

Qeyd edək ki, K.Koman cari mövsüm "Bavariya"da 35 oyun keçirib, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right