Ulduz futbolçu Neymarın formasını geyindiyi “Santos” klubu baş məşqçisi ilə yollarını ayırıb. Newsport.az xəbər verir ki, uğursuz nəticələrlə əlaqədar olaraq, klub rəhbərliyi Pedru Kayşinyanın istefaya göndərilməsini lazım bilib.
Braziliya çempionatının ilk 3 turunda cəmi 1 xal toplayan “Santos”un zəif çıxışı rəhbərliyi özündən çıxarıb. Nəticədə Kayşinya və onun köməkçiləri postundan uzaqlaşdırılıb.
Qeyd edək ki, komanda müvəqqəti olaraq Braziliya yığmasının sabiq üzvü Sezar Sampayoya tapşırılıb.