Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunları start götürəcək. Newsport.az xəbər verir ki, bununla da ilk 2 yarımfinalçının adı bəlli olacaq.
"Aston Villa" PSJ-ni qəbul edəcək. Bu komandaların ilk dueli parislilərin 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Digər görüşdə isə "Barselona" ilk oyunda 4:0 hesabı ilə üstələdiyi Dortmund "Borussiya"sının qonağı olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
23:00. "Aston Villa" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:3
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya)
İlk oyun - 0:4