"Real"ın hücumçusuna bir oyunluq cəza veriləcək

"Real"ın futbolçusu Kilian Mbappe La Liqada 1 oyunluq cəzalandırılacaq.

Newsport.az xəbər verir ki, La Liqanın 31-ci turunun “Alaves” – “Real” matçının (0:1) 38-ci dəqiqəsində madridlilərin hücumçusu Kilian Mbappe top uğrunda mübarizə apararkən Antonio Blankoya qarşı kobud oynayıb. 

Matçın baş hakimi Sezar Soto Qrado əvvəlcə forvard sarı vərəqə göstərsə də, VAR-ın müdaxiləsindən sonra qərarını dəyişərək Mbappeni meydandan qovub. Bir oyunluq cəzalandırılacaq Kilian La Liqada "Atletiko"ya qarşı görüşü buraxmalı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right