"Mançester Siti" Argentina millisinin üzvü ilə maraqlanır

"Bayer"in yarımmüdafiəçisi Esekiel Palasios karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az "El Intransigente"yə istinadən xəbər verir ki, argentinalı futbolçunun xidmətində maraqlı olan klub "Mançester Siti"dir.

Premyer Liqa nəhəngi Palasiosu yayda heyətinə qatmağı planlaşdırır. "Mançester Siti" 26 yaşlı orta xətt oyunçusunu üçün Almaniya klubuna təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, "Bayer" Esekiel Palasiosu 2020-ci ilin yanvar ayında "River Pleyt"dən transfer edib. Argentina millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi oyunda 1 qol və 6 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right