Yunanıstanda çempionun adına aydınlıq gəldi

Futbol üzrə Yunanıstan çempionatında 29-cu turun görüşləri keçirilib.

Newsport.az xəbər verir ki, "Olimpiakos"bu turda  AEK-i 1:0 hesabı ilə məğlub edərək mövsümün sonuna üç tur qalmış çempionluğu təmin edib.

Bu, "Olimpiakos"un son üç il ərzində ilk, ümumilikdə isə 48-ci çempionluğudur. Klub bu göstərici ilə Yunanıstan çempionatının rekordçusudur.

Qeyd edək ki, ölkənin bütün digər klublarının birlikdə qazandığı çempionluqların sayı cəmi 41-dir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right