“Mançester Yunayted” onu almaq üçün 3 futbolçusundan birini satmalı olacaq

“Mançester Yunayted” transfer etmək istədiyi “Vulverhempton”un hücumçusu Mateus Kunyanın keçidini təmin etmək üçün heyətindən ən azı bir oyunçunu satmalı olacaq.

Newsport.az “Daily Mail”-ə istinadən xəbər verir ki, braziliyalı oyunçunun müqaviləsində 62,5 milyon funt sterlinq (71,8 milyon avro) qarşılığında vaxtından əvvəl xitam verilməsi bəndi var.

“Qırmızı şeytanlar” Kunyanı almaq üçün vəsait toplamalıdır. Buna görə də, onların Markus Reşford, Ceydon Sanço və Antoni kimi vingerlərindən birini satmaq variantını nəzərdən keçirdiyi vurğulanır.

25 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right