“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada “Leqanes”ə qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Müdafiədə oynamaq futbolun bir hissəsidir. Daha bir “quru matç” çox faydalı oldu. Hər kəs əla iş gördü. Lakin bizim gənc komandamız var və inkişaf etdirəcəyimiz çox şey var”.
Kataloniyalılar 48-ci dəqiqədə rəqiblərinin avtoqolu sayəsində qələbə qazanıb. Bu matçın nəticəsində “Barselona”nın “Real” üzərində xal fərqi 7-yə çatıb.