Mahir Emrelinin qolu komandasına qələbə qazandırdı

Almaniyada futbol üzrə II Bundesliqanın 29-cu turu keçirilir.

Newsport.az xəbər verir ki, millimizin üzvü Mahir Əmrəlinin çıxış etdiyi “Nürnberq” səfərdə “Kayzerslautern”lə qarşılaşıb. Əmrəli oyuna start heyətində başlayıb və 87-ci dəqiqədə əvəzlənib.

O, qarşılaşmanın 68-ci dəqiqəsində komandasının ikinci qolunu vurub, cəmi iki dəqiqə sonra isə sarı vərəqə alan Emreli 87-ci dəqiqədə əvəzlənib.

Bu qələbə sayəsində “Nürnberq” xallarını 44-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right