"Mançester Yunayted" hücumçusu üçün 60 milyon avro tələb edir

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylun İtaliyaya qayıda bilər.

Newsport.az xəbər verir ki, danimarkalı futbolçunu "Yuventus" transfer etmək istəyir. Bu barədə"Tutto Mercato" məlumat yayıb.

"Mançester Yunayted" Hoylunu satmağa hazırdır. İngiltərə klubu 22 yaşlı forvard üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, "Mançester Yunayted" Rasmus Hoylunu 2023-cü ilin yayında"Atalanta"dan transfer edib. Danimarka millisinin üzvü bu mövsüm"qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right