"Fənərbaxça"dan ayrılmaq istəyir

"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç komandadan ayrılmaq istəyir.

Newpsort.az xəbər verir ki, xorvatiyalı qolkiper son zamanlarda əsas heyətdə yerini itirməsindən narahatdır.

Livakoviç klub rəhbərliyi ilə görüşüb və ayrılıq istəyini bildirib. 30 yaşlı futbolçu Avropanın TOP-5 liqasında oynamaq arzusundadır. Təcrübəli "əlcək sahibi"nin yayda Türkiyə klubunu tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" Dominik Livakoviçi 2023-cü ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində 28 rəsmi matçda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right