"Yuventus"dan ayrılan Tiaqo Motta seçim qarşısında qalıb. Newsport.az xəbər verir ki, onunla iki klub danışığa başlayıb.
Söhbət "Atalanta" və "Tottenhem"dən gedir. İngilislər hazırkı məşqçi Angelos Postekoqlu ilə yolları ayırmağa hazırlaşırlar. "Atalanta"da isə Can Pyero Qasperininin mövsümün sonunda postunu tərk edəcəyi açıqlanıb.
Qeyd edək ki, Motta "Yuventus"dan ötən ay istefaya göndərilib.