"Fənərbaxça"nın türk forvardı komandadan ayrılacaq

"Fənərbaxça"nın hücumçusu Cenk Tosun komandadan ayrılmağa hazırlaşır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı forvard İstanbul klubunda çox şans tapmadığı üçün komandasını dəyişəcək.

Onun “Eyüpspor”a keçməyə yaxın olduğu bildirilir. Superliqa təmsilçisinin baş məşqçisi Arda Turan Tosunu sərəncamında görmək istəyir.

“Ayntraxt”(Frankfurt), “Qaziantepspor”, “Beşiktaş”, “Everton”, “Kristal Pelas” klublarında oynadıqdan sonra 2024-cü ildə “Fənərbaxça”ya keçib. Onun bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right