Niger millisinin forvardı Azərbaycana gələ bilər onu hansı klub istəyir?

Ukraynanın “Krivbas” klubunun hücumçusu Daniel Sosa Azərbaycana keçə bilər.

Newsport.az “TaToTake” portalına istinadən xəbər verir ki, adı açıqlanmayan Azərbaycan klublarından biri Niger millisinin futbolçusu ilə ötən qış maraqlanıb.

Lakin UPL təmsilçisi hücumçunu buraxmayıb. Bu mövsüm 26 yaşlı futbolçu komandasının heyətində 20 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Niger millisinin hücumçusu “Vap”(Toqo), “İsloç”(Belarus) klublarında oynadıqdan sonra 2023-cü ildə “Krivbass”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right