Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Newsport.az xəbər verir ki, 1/4 finalın bütün görüşləri bu gün baş tutacaq.
"Latsio" səfərdə "Bodo-Qlimt"in, "Mançester Yunayted" Fransada "Lion"un qonağı olacaq. "Reyncers" evdə "Atletik"i, "Tottenhem" isə doğma meydanda "Ayntraxt"ı qəbul edəcək.
Qeyd edək ki, 1/4 finalı cavab oyunları 22 apreldə keçiriləcək.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
10 aprel
21:45. "Bodo-Qlimt" (Norveç) – "Latsio" (İtaliya)
23:00. "Lion" (Fransa) – "Mançester Yunayted" (İngiltərə)
23:00. "Reyncers" (Şotlandiya) – "Atletik" (İspaniya)
23:00. "Tottenhem" (İngiltərə) – "Ayntraxt" (Almaniya)