"Barselona" "Borussiya"nı darmadağın etdi, PSJ "Aston Villa"ya qalib gəldi Yenilənib

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

"Barselona" doğma meydanda "Borussiya"nı 4 cavabsız qolla darmadağın edib. "Aston Villa" isə səfərdə PSJ-yə 2:1 hesabı ilə uduzub.

Qeyd edək ki, 1/4 finalı cavab oyunları 15-16 aprel tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

"Barselona" (İspaniya) – "Borussiya" (D, Almaniya) - 4:0
Qollar: Rafinya, 25, Levandovski, 48, 66, Yamal, 77

PSJ (Fransa) – "Aston Villa" (İngiltərə) - 3:1
Qollar: Due, 39, Kvaratsxeliya, 49, Mendes, 90+2 // Rocers, 35





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right