"Mançester Yunayted" İtaliya klubunun futbolçusunu transfer etmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubu İtaliya təmsilçisi "Atalanta"nın yarımmüdafiəçisi Ederson Lorensonu transfer etmək istəyir.

Newsport.az "GiveMeSport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın heyətində həmin mövqedə çıxış edən Kobbi Meynunun müqavilə müddətinin yenilənməməsi və onun komandadan getmək variantı sözügedən transferin baş tutmaq ehtimalını artırır.

Qeyd edək ki, braziliyalı futbolçu cari mövsüm "Atalanta"nın heyətində bütün yarışlarda 42 oyun keçirib və 4 qol vurub. Onun A Seriası təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Edersonun dəyərini 50 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right