"Qalatasaray"ın hücumçusu İspaniyaya qayıda bilər

Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən "Milan"ın (İtaliya) ispaniyalı hücumçusu Alvaro Morata vətəninə qayıda bilər.

Newsport.az-ın "Fichajes"ə istinadən məlumatına görə, 32 yaşlı futbolçunun xidmətində "Xetafe" klubu maraqlıdır.

Bu il Türkiyə klubuna transfer olunan futbolçunun İspaniyaya qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, A.Morata "Qalatasaray"ın heyətində meydana çıxdığı 8 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Onun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı futbolçunu 13 milyon avro dəyərində qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right