"Messi səni təlxək halına sala bilər" Ter Ştegen

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen sabiq komanda yoldaşı Lionel Messidən danışıb.

Newsport.az xəbər verir ki, almaniyalı qolkiper 37 yaşlı forvarda xüsusi hörmət bəslədiyini deyib:

"Elə vaxtlar olub ki, o mənə, mən də ona əsəbiləşmişəm, danışmamışıq. Mən Messiyə həmişə böyük hörmətim olub. O da çox vaxt mənim fikrimə hörmət edib.

Düşünürəm ki, Messi bəlkə də yeganə oyunçudur ki, üzünüzə istədiyini deyə bilər. Başqaları hər şeydən danışırla. Ancaq Lionelin sözlə hədəfi vurmaq qabiliyyəti var. Bunu bir neçə dəfə hiss etmişəm.

Messi hələ də super futbolçudur və karyeramda heç kimdə görmədiyim rahatlıqla oynayır. O, öz ötürməsi, hücumu ilə səni təlxək halına sala bilər".

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. Ter Ştegen isə 2014-cü ildən Kataloniya təmsilçisinin formasını geyinir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right