"İnter"in ÇL-dəki yeni bombardiri oldu

“İnter”in hücumçusu Lautaro Martines klubun Çempionlar Liqasındakı yeni bombardiri olub.

Newsport.az xəbər verir ki, argentinalı futbolçu 1/4 finalda səfərdə “Bavariya”ya qalib gəldikləri (2:1) matçda hesabı açıb.

Martines bu qolla “İnter”in turnirdəki bombardiri Adrianonu geridə qoyub. Martinesin 19, Adrianonun isə aktivində 18 qolu var.

Qeyd edək ki, Martines bu mövsüm "İnter"də ümumilikdə 41 oyuna 19 qol vurub, 6 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right