Ançelotti və dörd futbolçusu göndərilir

"Real" cari mövsümün sonunda bir neçə üzvü ilə yollarını ayıracaq.

Newsport.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Roberto Qomez məlumat yayıb.

Madrid təmsilçisi ilk olaraq baş məşqçisi Karlo Ançelottini komandadan göndərəcək. Klub rəhbərliyi onu növbəti mövsüm üçün yenidən qurulacaq komandanın başında görmür.

Həmçinin xəbərdə bildirilib ki, "Real" Ançelotti ilə yanaşı, 4 futbolçu ilə də yolları ayıracaq. Bunlar Luka Modriç, Lukas Vasqez, David Alaba və Fran Qarsiyadır. 

Qeyd edək ki, "Real" ötən gecə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Arsenal"a 0:3 hesabı ilə uduzub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right