Çempionlar Liqasında 5 ingilis klubu: Say 7 də ola bilər

UEFA Çempionlar Liqasının növbəti mövsümündə İngiltərənin ən azı 5 komandası mübarizə aparacaq. Newsport.az xəbər verir ki, bu, turnirin 1/4 final mərhələsinin ilk oyununda “Arsenal”ın “Real”ı 3:0 hesabı ilə məğlubiyyətə uğratması nəticəsində bəlli olub.

Bu nəticədən sonra İngiltərə cari mövsümün sonunda avrokubokların reytinq cədvəlində 5 komandanı ÇL-ə göndərmək hüququ verən ikinci yerdən aşağı düşməyəcək.

Qitənin ən mötəbər klub turnirində ingilis təmsilçilərinin maksimum sayı 7-yə çata bilər. Bunun üçün “Aston Villa” cari mövsümdə Çempionlar Liqasının qalibi adın qazanmalı, “Tottenhem” və ya “Mançester Yunayted” isə Avropa Liqasının kubokuna sahib çıxmalıdı.

Sayın 7-yə çatması üçün daha bir şərt var. “Aston Villa”, “Tottenhem” və ya “Mançester Yunayted” cari mövsümün sonunda Premyer Liqada ilk “4-lük”də yer almamalıdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right